• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 05.08.2021 20:29

Narkotik vasitələrin satışı ilə məşğul olan 12 nəfər saxlanılıb

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər məsuliyyətə cəlb edilib. Onlardan ikisi qadındır. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.