• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 04.08.2021 20:30

Övladının üzünü görmədən şəhid olan Elgün Əmiraslanov

KepezTV Player

Şəhid Elgün Əmiraslanovdan danışacayıq. Onun 2 balası Azərbaycan xalqına əmanət qaldı. Oğlu Onur atasının üzünü bir gün belə görmədi...

Şəhidimiz Elgün Əmiraslanov 1995-ci il aprelin 25-də dünyaya gəlib. Heç kim bilməzdi ki, balaca Elgün böyüyəcək, vətəninə, xalqına sadiq bir vətəndaş olub, qanı ilə tarix yazacaq.Hələ həqiqi hərbi xidmətdə olandan taleyini orduya bağlamaq qərarı vermişdi Elgün Əmiraslanov. 1 qız atası idi, oğlu dünyaya gələndə isə, o artıq ən ali zirvəyə yüksəlmişdi.

Bu gün şəhiddən geriyə qalan yadigarlar - Aysu və atasının üzünü bir dəfə belə görməyən Onur, ata kəliməsinə həsrət böyüyürlər. Hələ uşaqdılar, anlamırlar, amma inanırıq ki, böyüyəndə, Elgün Əmiraslanovla qürur duyacaqlar.

Elgün həm özünün kəşfiyyatçı bacarıqlarına, həm də ordumuzun gücünə olan inamla ən qızğın döyüşlərdə önə atılanlardandır. Elə ağır döyüşlərdən birində, Murov yüksəkliyi uğrundakı əməliyyatda 4 dostu ilə birgə şəhadətə yüksəlib.

Elgünün qəhrəmanlığı "Vətən uğrunda", "Cəsur döyüşçü" "Kəlbəcərin azad olunmasına görə" medalları ilə mükafatlandırılıb, doğma rayonunda adına küçə verilib.