• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 972
— 03.08.2021 20:35

Şəhidin ad günü məzarı başında qeyd edildi

KepezTV Player

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərdən biri də Elcan Bayramovdur. 19 yaşında şəhidlik zirvəsinə ucalan Bayramovun bu gün 20 yaşı tamam olub. Bu münasibətlə şəhidin ailəsi, dostları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri onu məzarı başında təbrik ediblər. Göygöl rayonu Şəhidlər Xiyabanında keçirilən tədbir zamanı əsgərin keçdiyi şərəfli döyüş yolundan, şücaətindən danışılıb, vətənə bağlı olmasından söz açılıb. Ötən ad gününü də, xidmətdə olmağı ilə əlaqədar olaraq, ailə üzvləri ilə birlikdə keçirə bilməyən şəhid Elcan Bayramovun xatirəsi ehtiramla anılıb, ailəsi tərəfindən hazırlanan doğum günü tortu da şəhidin məzarı başında kəsilib.

Elçin Bayramov şəhidin qardaşı: Qardaşım bir qardaş kimi çox gözəl insan idi.Ürəyiaçıq, mehriban, gülərüz insan idi.İnsan fəxr edir ki, belə bir qardaşım var.Atasının, anasının, qardaşının başını bütün Azərbaycan xalqının yanında uca elədi.19 yaşında canından keçdi, ailəsi üçün, vətəni üçün şəhid oldu.Fəxr hissi keçirirəm.Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun.

Vüsalə Bayramova şəhidin anası: Bir dəfə də olsun, xidmət etdiyi yerdən giley-güzar etmədi.Eləcə deyirdi ki, 3 ayım qalanda kursa gedəcəm. Kəşfiyyatçı idi. Hər dəfə danışanda razılıq edirdi, sevinirdi. Ötən ad gününə gedə bilmədik, icazə verilmədi.Həmin vaxt yuxarıda idi. Özü də istəməyib ki, gedək. Onun yerini görək. Deyib ki, anam narahat olacaq. Anam görsə pis olacaq. O qədər sevincli, gülərüz idi ki, onu uşaqlar da ağladı.Hansı uşaq eşitdi ki, Elcan şəhid olub, onlar da ağladı..