• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 03.08.2021 20:32

Qoşunlarda yay tədris dövrü başlayıb

KepezTV Player

2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yay tədris dövrü başlayıb.Ordumuzda tədris prosesi döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklər, o cümlədən Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla keçiriləcək. Yay tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazasının vəziyyəti yoxlanılıb. Tədris dövrünün ilk günlərində bütün hərbi hissələrdə döyüş hazırlığı məşğələləri başlayıb.