• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 02.08.2021 20:37

Veteranların xatirəsinə bulaq istifadəyə verilib

KepezTV Player

Əfqanıstan Veteranları İctimai Birliyinin təşəbbüsü ilə Gəncənin Hacıkənd qəsəbəsində bulaq kompleksinin  açılışı olub. Açılışda Əfqanıstan veteranları, icra hakimiyyətinin rəsmiləri iştirak ediblər. Bulaq 1979-1989-cu illərdə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan və itkin düşənlərin xatirəsini əbədiləşdirmək məqsədilə istifadəyə verilib. "Döyüşçü qardaşlığı" adı verilən bulaq ərazidə yaşayan əhalinin istifadəsində olacaq.

Həsrət Zeynalov Əfqanıstan Veteranları İctimai Birliyinin Gəncə şəhər filialının sədri: Əfqanıstanda 7500 nəfərdən çox  azərbaycanlı iştirak edib. Onlardan 208 nəfəri həlak olub, 7 nəəfər itkin düşüb, 1400 nəfərə yaxın da mülki şəxslər qulluq ediblər. Bu bulağın açılışında əsas məqsəd odur ki, Əfqanıstanda döyüşmuş iştirak etmiş və həlak olmuş Azərbaycanlıların xatirəsinə həsr etmişik. Əlavə olaraq onu da qeyd eləmək istəyirəm ki, 1- ci Qaarabağ savaşında iştirak etmiş Əfqanıstan veterenlarının əməyi böyük olub.