• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1411
— 31.07.2021 20:22

Şuşa uğrunda döyüşüb ayağından yaralanan qazi Əli Quliyev

KepezTV Player

Müharibəyə könüllü yollanıb Şuşanın düşməndən azad edilməsində böyük pay sahibi oldu. Süjetimizin qəhrəmanı Vətən müharibəsi qazisi Əli Quliyevdir.

Quliyev Əli Rakif oğlu 16 mart 1999-cu ildə Gəncədə anadan olub. Şəhid Vaqif Əliyevin adını daşıyan 12 nömrəli tam orta məktəbi bitirib. 2017-2018-ci illərdə Füzulidə hərbi xidmətdə olub. İki bacının tək qardaşı olan Əli Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına qoşulub.

Beləcə Əli Quliyev də Azərbaycan xalqının igid oğullarından biri kimi Vətənin müdafiəsi uğrunda mübarizəyə qoşulur. Şuşanın düşmən tapdağından azad olunmasında şücaət göstərir. Yaralıların təxliyə olunmasında, şəhidlərimizin nəşinin döyüş bölgəsindən çıxarılmasında böyük xidmətləri olur. Döyüşlərin birində isə Əli Quliyev özü də yaralanır.

Döyüş bölgəsindən təxliyə olunan Əli Quliyev və döyüş yoldaşları Füzuliyə, ordan isə Ağcabədi xəstəxanasına çatdırılır. 1 aylıq müalicədən sonra isə paytaxta hərbi hospitala təxliyə olunur.

Qazimiz Əli Quliyev deyir ki, döyüşlərə düşmənə yerini götsərmək, torpaqlarımızı işğaldan azad etmək amalı ilə yanaşı, bütün şəhidlərimizin, eləcə də dayısı – birinci Qaraba müharibəsi şəhidi  Mustafayev Mikayıl Murtuzəli oğlunun qisasını almaq üçün atılıb. İntiqam hissi hər şeydən üstün olub onun üçün.

Qazi Əli Quliyevin 44 günlük Vətən müharibəsindəki xidmətləri Prezident İlham Əliyev tərəfindən “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə qiymətləndirilib.