• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1460
— 30.07.2021 21:51

Gənclərin əl işləri qiymətləndirilib

KepezTV Player

Gəncə Gənclər Evinin təşkilatçılığı ilə rəsm sərgisi keçirilib. Xalça motivləri bədii şüşə sənəti üslubunda baş tutan sərgidə qonaqlar gənclərin əl işləri ilə yaxından tanış olublar. Gəncə, Şəmkir və Gəncə Uşaq Evinin 20-dən çox gənci bacarığını nümayiş etdirərək xalça motivlərini şüşə üzərində əks etdiriblər. Sərgidə Qarabağ və Gəncə xalçalarının naxışlarından istifadə olunub. Tədbirin sonunda münsiflər heyəti tərəfindən ən yaxşılar diplom və sertifikatlarla təltif ediliblər.