Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ceyhun Abdullayev saxlanılaraq idarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 20 manata Əli adlı şəxsdən aldığını bildirib. Hazırda həmin şəxsin kimliyinin və yerinin müəyyən edilərək istintaqa cəlb edilməsi barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə olan metamfetamin əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Şahid Hüseynov saxlanılıb. Saxlanılan şəxs ifadəsində narkotik maddəni şəxsi istifadə üçün əldə etdiyini etiraf edib.
Bundan başqa, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Musa Əliyev saxlanılıb. Həmin şəxsin üzərindən qanunsuz olaraq narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Aşkar edilən faktlara üzrə araşdırmalar davam etdirilir.
- Baxış: 983