• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1400
— 30.07.2021 21:35

20 yaşını cənnətdə qeyd edən şəhid- Hüseyn Mirzəyev

KepezTV Player

Növbəti sujetimizin qəhrəmanı, 20 yaşını Cənnətdə qeyd edən Hüseyn Mirzəyevdir. Canından vətənə pay verən qəhrəmanımızı gəlin yaxından tanıyaq.

2001- ci ildə Gəncə şəhərində anadan olan  Hüseyn Mirzəyev  qürbətdə olsa da esgərlik yaşı çatanda xidmət etmək üçün vətənə qayıdır. Ordumuzun əks hücum əməliyyatı başlayanda Fizuli istiqamətindən başlayaraq döyüşlərdə iştirak edir. 19 yaşında isə şəhadətə yüksəlir. Biz ailənin qonağı olanda şəhidimizin onsuz keçən ilk ad günü- 20 yaşı qeyd olunurdu.

Elsevər Mirzəyev şəhidin atası: Biz onun ad gününü qeyd ediirk özü olmadan innən sonra da yəqin ki 30 il də olsa 10 ildə nə qədər yaşasam özü olmadan qeyd edəcəm.

Vətənin qəhrəman oğlunun son danışığı 12 oktyabrda ailəsi ilə olub. Üzündəki təbəssümlə yaddaşlarda qalan Hüseynin şəkilləri  şəhadətə yüksəldikdən sonra “şəhid Hüseyn Mirzəyev” yazılaraq fəxrlə hər yerdə asılıb.

Elsevər Mirzəyev şəhidin atası: Döyüş yoldaşları deyirdi ki, nəinki döyüşdə elə anadan olandan gülürdü o. Ağlamaqla arası yox idi. Həvəsli olaraq getdi 18 yaşlı uşaq necə olmalı idi. Qarabağ müharibəsi başlayanda 88–ci ildə onda mən məktəbdə oxuyurdum. Mən heç düşünməzdim ki, 30 ildən sonra mənim oğlum Qarabağı ala. Yeni 30 ildən sonra onlar gedələr müharibəyə. Oğlumla fəxr edirəm ki, 30 ildə itirdiyimizi ağlıma gəlmədən oğlum bizə qaytardı.Tək o yox oğlumla belə bütün şəhidlər.

Şəhidimizdən 3 yaş kiçik olan qardaşı deyir ki, Hüseyn ona təkcə qardaş deyil, dost olub.

Həsən Mirzəyev şəhidin qardaşı: Uşaq vaxtı dalaşırdıq amma çox tez barışırdıq. Küçədə kimləsə dalaşırdım gəlirdi o uşaqla dalaşırdı ki, sən mənim qardaşıma nə edibsən. Qoruyucu olub. Şəhidlik hər adama qismət olmur. Fəxr edirəm qardaşımla.

Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Mirzəyev Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda vuruşub.

Nazilə Quliyeva şəhidin nənəsi:Əsgər yoldaşı gəlmişdi bura dedi qardaş olmuşuq biz. Çox ağladı şəkilə baxıb. O uşaq da özü də yaralanmışdı, xəstəxanaya aparılıb. Orda da axtarıb Hüseyni. 70 gün axtardıq. Çox axtardıq. 70 gündən sonra xəbər gəldi, dedilər şəhid olub. Torpaqlarımız uğrunda şəhid olub. Şəhidlik uca bir yerdir hər adam ora çatmaz. Hər adama nəsib olmur. Məndə bir nənə kimi fəxr edirəm nəvəmlə. Hamı bilir ki, dözülməz bir dərddir bu.Allah rəhmət etsin. Yeri cənnət olsun. Çox ürəkli uşaq idi. Qorxmaz idi, odun üstünə gedərdi yəni qorxmurdu.

Hüseyn Mirzəyev 13 oktyabrda Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq şəhidlik zirvəsinə yüksəlib.  Nəşi isə 70 gün sonra tapılıb. 22 dekabrda Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Aişə rzayeva