• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1416
— 30.07.2021 13:07

Füzuli aeroportu payızda istifadəyə veriləcək

KepezTV Player

Füzuli aeroportu beynəlxalq hava limanı olacaq və çəkisi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək. “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib ki, hava limanı payızda istifadəyə veriləcək. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Lakin labaratoriya yoxlanışı sınaq uçuşundan əvvəl - avqustun 25-də həyata keçiriləcək. Aeroport sərnişinləri bu ilin payızından sonra qəbul edə biləcək. Çünki terminal ərazisində işlər tamamlanmayıb.