8 noyabr Qarabağın incisi sayılan Şuşa azad olanda onun ölümünün 40-cı günü idi. Şəhidimiz, tankçı Ramal Qasımovdan bəsh edib, qəhrəman Vətən oğlunu tanıdacağıq.
Şəhla Qasımova şəhidin yoldaşı: 7-si zəng elədi, çox sevincli idi.Dedi Ermənilərin anasını ağladıram. Müharibə başladı.
Bu dəfə şəhidimiz Qasımov Ramaldan danışacayıq. Qanı ilə tarix yazan igidimiz,1992-ci il aprelin 15-də Gəncə şəhərində anadan olub. 1998-2009-cu illərdə 29 nömrəli tam orta məktəbdə təhsil alıb. Ramal hər zaman öndə gedən oğullardan idi, ailəsi onun yolunu nə az, nə çox düz 10 il gözləyib.
Saleh Qasımov şəhidin atası: Toyumuzdan 10 il sonra dünyaya gəldi. Hərbiyə həvəsi var idi. Gözünü acıb məni hərbidə görmüşdü. Gizir oldu. Tankçı idi.
Azərbaycan Ordusunun baş giziri olan Ramal Qasımov Vətən müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 29-da Talış döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Saleh Qasımov şəhidin atası: Müharibə başlayanda döyüşlərə qatılıb. 27-si zəng elədi dedi məndən narahat olmayın.
Ramal Qasımov digər şəhidlərimiz kimi, şəhid olacağını əvvəlcədən hiss edirmiş. Hətta bunu həyat yoldaşına da deyib.
Şəhla Qasımova şəhidin yoldaşı: 23-ü evə gəldi. dedi ki, Şəhla mən şəhid olacam. Onsuz mən hərbiçiyəm siz təkliyə oyrənmisz.
Saleh Qasımov şəhidin atası: Çox şükür ki, torpaqlarımız alındı. Mahnılarda deyilən qürurumuz özümüzə qayıtdı. Bütün dünya tanıdı ki, biz torpaqlarımızı heç kimə vermərik.
Qələbə xəbərini eşidəndə nə hisslər keçirdiz?
Qələbə xəbərini eşidəndə çox sevindim. İşdə idim. Göz yaşlarımızı saxlaya bilmədim. Şuşa alınan günü Ramalın 40 idi.
Şəhididdən geriyə 2 gül bala qalıb. İmran və Kənan Azərbaycan xalqına əmanət olunan yadigarlardır. Ramal Qasımov ölümündən əvvəl "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, ölümündən sonra isə"Vətən uğrunda", "İgidliyə görə" ,"Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medaları ilə təltif olunub.
Nərgiz Əhmədqızı
- Baxış: 408