• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1319
— 02.03.2017 12:19

Tovuzda şəhid ailəsi ilə görüş keçirilib

KepezTV Player

Erməni silahlılarının cəbhədəki təxribatı nəticəsində yaralanaraq şəhid olan Elvin Əhmədovun ailə üzvləri ilə görüş olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, millət vəkilləri və müxtəlif ictimai birliklərin təmsilçiləri Tovuz rayonunun Yanıqlı kəndində yas mərasimində iştirak edib. Əsgərlə bağlı xatirələr dilə gətirilib, xidməti zamanı fərqləndiyinə diqqət çəkilib, hərbin sirlərinə səylə yiyələndiyi vurğulanıb. Vətənini, xalqını və dövlətini sevən gəncin digər hərbiçilərimizlə birgə düşmənə layiqli müqavimətindən söz açılıb. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan, eləcə də sağlamlığını itirən vətən oğullarının və onların ailə üzvlərinin daim diqqətdə saxlanıldığı önə çəkilib.

Süleyman Əhmədov- şəhidin atası: “O dedi mən gedəcəm. Gedib vətənə olan borcumu yerinə yetirəcəm. Nə deyə bilərəm, Vətən sağ olsun!”

Məhəmməd Vəliyev- Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri: “Bu bizim birinci vətəndaşlıq borcumuzdur. İkincisi isə bir ictimai təşkilat olaraq dövlətin, xalqın yanında olmaq, daim şəhid ailələrinin dərdinə şərik olmaq bir vəzifə borcumuzdur. Bu səbəbdən də biz Tovuz rayonunda şəhidimizin yas mərasimindəyik”.

 

Natiq Hüseyn