• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 28.07.2021 21:01

Anasının cənnət quşu, şəhid gizirimiz

KepezTV Player

Cəmi 20 yaşında, ömrünü-gününü bu torpağa, Vətənə qurban verən Goranboy rayonunun, Qaradağlı kəndinin şəhidi Şahin Tağıyevdən danışacayıq.

Şahin Tağıyev 2000-ci il iyulun 3-də Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. O, qanı ilə, canı ilə bu torpağa bağlı idi. Bəlkə də elə səbəbdən də ən ali zirvə ona qismət oldu. Şəhidimizin ailəsində qonaq olarkən əzizləri Şahinin doğum gününü qeyd edirdi. Hər zaman olduğu kimi, yenə də, hər kəs onun başına toplaşmışdı. Bu dəfə isə fərqli məkanda - şəhidlər xiyabanında.

Sərhəd Qoşunlarının kiçik giziri olan Şahin Tağıyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Doğulub, boya-başa çatdığı, Goranboy rayonunda dəfn olunub. Anası Səadət xanım oğlu ilə son danışığını belə xatırlayır.

Evin son beşik övladı olan Şahin Tağıyev subay idi. Ona bəy paltarı geyinmək, toy etmək qismət olmadı. Qəhrəman oğul Vətəni hər şeydən üstün tutub şəhid oldu.

Səadət Tağıyeva şəhidin anası: şəhid olanda mənə demədilər. Maşınlar gəldi elə bildim....

20 illik ömründə Şahin 2 dəfə ölümdən dönüb. Anası deyir ki, oğlunun qismətində ölümlərin ən şərəflisi var imiş.

Səadət Tağıyeva şəhidin anası: Bir dəfə ilan sancdı, Onda atası təzə rəhmətə getmişdi. bir dəfə Kürdə boğulurdu.

Şəhidimiz Şahin Tağıyev "Vətən uğrunda" ,"Döyüşdə fərqlənməyə görə","Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

Nərgiz Əhmədqızı