• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 28.07.2021 20:42

Abituriyentlər 1 və 4-cü qrup üzrə imtahan verdi

KepezTV Player

Bu gün Gəncədə 1 və 4-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Nizami yurdunda imtahan 2 binada təşkil edilib. Qəbul imtahanında Gəncəylə yanaşı, Goranboy, Göygöl, Samux, Daşkəsən, eləcə də şəhərdə məskunlaşan Kəlbəcər və Xocalı sakinləri də iştirak ediblər. Universitetlərə qəbul olmaq üçün 423 abituriyent qeydiyyatdan keçsə də, onlardan 25-i imtahana gəlməyib. Həmçinin prosesdə 2 neqativ hal da aşkar edilib. Belə ki, 2 xanım abituriyent imtahan otağına gizli şəkildə mobil telefon keçirib. Nəzarətçilərin bunu aşkarlamasından sonra onlar imtahandan çıxarılıb və nəticələri ləğv olunub. Gəncədəki imtahan üçün 6 imtahan rəhbəri və 40 nəzarətçi neqativ halların qarşısını almaq üçün təyin edilib.