• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1655
— 28.07.2021 20:39

Milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar

KepezTV Player

Gəncədə Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

Konfransda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş, Gəncə şəhər rəhbərliyi , Milli Məclisin deputatları, dövlət qurumlarının əməkdaşları və elm xadimləri iştirak ediblər. İki partiya arasında imzalanan Əməkdaşlıq Protokolundan sonra ilk belə konfransın Gəncə şəhərində keçirildiyini qeyd edən Tahir Budaqov, 44 günlük Vətən müharibəsinin Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsi olduğunu bildirib.

Tahir Budaqov YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri: İyun ayının əvvəlində Ankarada iki partiya arasında imzalanmış əməkdaşlıq protokolundan irəli gələn vəzifələrin icrası ilə bağlı gələcəkdə əməkdaşlıq istiqamətlərimizi müzakirə etdik.Bundan sonra iki partiya arasında görüləcək işlər barəsində çox məhsuldar fikir mübadiləsi aparıldı.

Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş konfransın Vətən müharibəsindəki Zəfərdən sonra keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tədbirin hər iki ölkə arasındaki münasibətlərə verəcəyi töhfədən söhbət açan partiya rəsmisi, hər iki partiya arasında əməkdaşlığın bundan sonra da ən yüksək səviyyədə davam etdiriləcəyini bildirib.

Numan Kurtulmuş AK Parti sədrinin birinci müavini: Son dərəcə faydalı fikirləri gündəmə gətirdik. Biz həqiqətən buradaki 3 günlük fəaliyyətimiz nəticəsində önəmli müzakirələrdə iştirak etdik. Ümid edirik ki, burada qərara alınan ortaq fikirlərlə həm Azərbaycan və Türkiyə ilə arasında münasibətlərin daha da güclənməsi, həm də hər iki partiya arasında olan əməkdaşlığın dərinləşəcəyi qənaətindəyəm.

Qarabağ zəfəri işğal altındakı ərazilərin ermənilərdən azad olunması ilə birgə bütün dünyaya haqlı tərəfin hər zaman qələbə çalacağını göstərdiyini bəyan edən Numan Kurtulmuş Türkiyənin hər zaman haqqın yanında yer aldığını qeyd edib.

Numan Kurtulmuş AK Parti sədrinin birinci müavini : "Dünya beşdən böyükdür" deyən partiya sədrimizin bütün platformalarda səsləndirdiyi fikirlər bundan ibarətdir. Haqq, ədalət. Belə sistem davam edə bilməz. İstənilən böyük gücə söykənən heç bir qüvvə dünyada idarəçilik edə bilməz. Bunun əyani sübutu, Qarabağda Azərbaycanın azadlıq mübarizəsidir.Bu mübarizəyə bu müharibəyə dünya sistemi icazə verməməli idi.

Konfransda çıxış edən qonaqlar Şuşa Bəyənnaməsinin əhəmiyyətindən və gələcəkdə qarşılıqlı əlaqələrin inkişafındakı rolundan danışıblar. Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Valeh Anaroğlu