• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2106
— 26.07.2021 20:40

Yay məktəbinin iştirakçıları erməni terroru ilə yaxından tanış olublar

KepezTV Player

Respublikamızın və Türkiyənin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları 44 günlük Vətən müharibəsi zamanı döyüş zonasından kənarda yerləşən Gəncəyə Ermənistanın raket hücumlarının, dinc əhaliyə qarşı törədilən müharibə cinayətlərinin izləri ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya ilə hədəfə alıb. Gəncə şəhərinə raket hücumları nəticəsində xeyli sayda mülki şəxs həlak olub, yaralanıb, şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Layihə iştirakçıları erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin və binaların ətrafına gül düzüblər.