KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsi Nizam rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir İsmayılov cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 700 manatdan çox olan su qurğularını oğurlayıb. E.İsmayılov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 646