Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub. Belə ki, Polis Şöbəsinə rayonun Göycəli kənd sakini olan yaşlı bir qadının evinə bir nəfər naməlum şəxsin qanunsuz olaraq daxil olduğu, ev sahibini əlindəki balta və bıçaqla öldürəcəyini hədələyərək 10 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvələr məhkum olunmuş Şirzad Heydərovu saxlayıblar. İlkin dindirilmə həmin şəxs törətdiyi cinayət hadisəsini etiraf edib və deyib ki, evə daxil olmazdan qabaq evi yandırmaq istəyib. Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
- Baxış: 1742