KepezTV Player
Prezident İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib. “Sosial müavinətlər haqqında” qanuna uyğun olaraq, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə hər övladına aylıq 100 manat məbləğində sosial müavinət ödənəcək. Əvvəllər müddətli xidmət hərbi qulluqçularının, hərbi təhsil müəssisələri kursantlarının uşaqlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul müavinəti ödənilirdi.
- Baxış: 330