• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 12.07.2021 19:59

Şuşalı şəhid Bəxtiyar Aslanov

KepezTV Player

Onun tək arzusu Şuşanı azad edib, bu şad xəbəri anasına vermək idi. Axı əslən Şuşalı idilər. Qismətində şəhid olmaq, ən uca məqama yetmək var idi. Naftalan şəhərində şəhid Bəxtiyar Aslanovun evində olub reportaj hazırlamışıq, gətirək ekranlara....

Şəhidimiz Bəxtiyar Aslanov 1998-ci ildə dünyaya gələndə onun ata-baba yurdu, Qarabağın incisi sayılan Şuşa işğal altında idi. Elə buna görə də uşaq yaşlarından "Ana, Şuşanı alıb sənə verəcəm" deyərmiş. Dediyini də elədi. Torpaqlarımızın düşmən tapdağından azad olunmasında Bəxtiyar Aslanov da böyük pay sahibi oldu

Uşaqlıqda futbola böyük marağı olan Bəxtiyar Aslanov bu sahədə də fərqlənməyi bacarmışdı. Yaddaşlarda komandasını daim irəli aparan oyunçu kimi qalıb.

Bəxtiyar Aslanovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar "Kəlbəcərin azad olnmasına görə" və "Vətən uğrunda" medalları ilə qiymətləndirilib. Məzarında rahat uyu şəhidim, uğrunda can verdiyin, doğulandan bəri həsrətində olduğun Şuşa öz əzəli sahiblərinə qayıtdı...

Nərgiz Əhmədqızı