• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 10.07.2021 12:30

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

KepezTV Player

Gəncə polisi narkotiklərə qarşı uğurlu əməliyyatlar keçirib. Külli miqdarda narkotik və psixotrop maddələr dövriyyədən çıxarılıb.

Gəncə ŞBPİ Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Əliyev saxlanılıb. Üzərinə baxış zamanı killi miqdarda heroin aşkar edilərək götürülüb.

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arif Abbasov saxlanılıb. Polis İdarəsində üzərindən heroin aşkar edilib. A.Abbasov narkotik maddəni 20 manata aldığını etiraf edib. Ona narkotik maddəni satan mənbənin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Gəncə ŞBPİ Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən 3 nəfər tutulub. İdarənin ərazi üzrə Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı şəhər sakini Orxan Abdullayev saxlanılıb, üzərindən metamfetamin aşkarlanıb. Bundan başqa, Kəpəz RPİ-də şəhər sakinləri Elşad Abdullayevin və Cavid Mayılovun üzərlərinə baxış zamanı onlardan metamfetamin və heroin götürülüb.

Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşları şəhər sakini Ceyhun İbrahimovda heroin aşkar edərək barəsində toplanan cinayət materialını istintaqa göndəriblər. Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri anoloji tədbirlər nəticəsində isə şəhər sakini Namiq Əliyev saxlanılaraq bölməyə gətirilib. Onun üzərindən heroin aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspetizaya göndərilib. Faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.