• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1070
— 09.07.2021 19:13

DİN toylarla bağlı vətəndaşlara xəbərdarlıq etdi

KepezTV Player

Daxili İşlər Nazirliyi ölkədə toy, nişan və digər şənlik mərasimləri təşkil edən şəxslərə müraciət edib.Aparılan yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda qeyd olunan qərardan irəli gələn tələblər pozularaq toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportu hələ də yoxdur. Daxili İşlər Nazirliyi övladına toy etməyi planlaşdıran vətəndaşlarımızı öncədən təbrik edir, eyni zamanda onlardan təşkil edəcəkləri toy və digər şənlik mərasimləri zamanı koronovirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, COVID-19 pasportuna malik olmaları tələbinə ciddi nəzarət və riayət etməyi xahiş edir. Əks təqdirdə, cəza tədbirləri görüləcək.