“YARAT” Müasir İncəsənət Məkanı ilk dəfə olaraq Gəncədə yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisini keçirib. Məhsəti Mərkəzində baş tutan sərginin adı vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında səslənən Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Tədbirdə Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Nurəhməd Vəliyev və digər rəssamların əsərləri nümayiş olunub. Ekspozisiyaya “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib. Səyyar sərgi Azərbaycanın digər bölgələrini də əhatə edəcək.
Hökümə Kərimova - “YARAT” Müasir İncəsənət Məkanının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri: Gəncə şəhərinə artıq biz bir neçə gündür ki, gəlmişik. Bu müddət ərzində təkcə sərgini ərsəyə gətirmək deyil, eyni zamanda təhsil layihələri ilədə təmsil olunuruq. Həm iki gün bundan öncə və bu gün və sabah bir sıra rəssamlarımız mütəxəsislər tərəfindən təlimlər həyata keçiriləcəkdir. İstərdik ki, Gəncə əhalisi bu təlimlərdə iştirak eləsin. Bizim sərgimiz 3 ay müddətinə Gəncədə olacaqdır.
Zəhra Məmmədova - “YARAT” Müasir İncəsənət Məkanının kuratoru: Sərginin mahiyyəti onadn ibarətdir ki, yerli rəssamların həm birinci, həm ikinci Qarabağ müharibəsi dövrünə aid əsərlərin müxtəlif yanaşmalarını bizə göstərir. Eyni zamanda biz donmuş münaqişənin aktiv fazaya keçməsini də burada müxtəlif əsərlərlə göstəririk.
- Baxış: 548