KepezTV Player
Gəncə şəhər sakini, Elşad Əliyev “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib.Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən Əliyev eyni zamanda sürücülük hüququndan 1 il müddətə məhrum edilib.
- Baxış: 638