• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1315
— 06.07.2021 19:46

Prezident erməni təcavüzü nəticəsində dəymiş ziyanla bağlı sərəncamlar imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 milyon manat ayrılıb. **Digər sərəncamlarla həmin dövrdə mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyinə 5 milyon 400 min manat, mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə Maliyyə Nazirliyinə 5 milyon 200 min manat, kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə 1 milyon 400 min manat ayrılıb.