• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 05.07.2021 12:17

Azərbaycanlı alimin hazırladığı vaksin ÜST-nin siyahısında

KepezTV Player

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanmış COVID-19-a qarşı bitki əsaslı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilib. Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən laboratoriyada xüsusi olaraq yetişdirilən tütün yarpaqlarında istehsal edilən protein əsasında peyvənd əldə olunub. Bu peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.