• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1312
— 03.07.2021 19:40

Yenidənqurma işlərində ABŞ şirkətlərini də görmək istərdik

KepezTV Player

Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik. Bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda deyib.  Bildirib ki, münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaradıb, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırıb. Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər., - deyə dövlət başçısı vurğulayıb.