Media İnkişaf Agentliyi Çap və onlayn media subyektləri arasında keçirilən müsabiqənin nəticələrinə dair mətbuat konfransı keçirib. Sözügedən müsabiqədə 39 onlayn media qrumu qalib gəlib. Qalib elan olunan media orqanlarıyla müqavilə imzalanacaq və növbəti 6 ay ərzində hər ay şirkətə maliyyə vəsaiti köçürüləcək. Bu gün keçirilən mətbuat konfransında qaranlıq qalan bir neçə məqama da aydınlıq gətirilib.
Azərbaycanda Vahid Media Reyestri yaradılacaq, MEDİA tərəfindən jurnalistlərə vəsiqə veriləcək. Bu vəsiqələrlə bağlı tələblər müəyyən olunacaq və vəsiqələr könüllülük əsasında təqdim ediləcək. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, MEDİA tərəfindən vəsiqə müəyyənləşdirilən tələblərə cavab verən jurnalistlərə veriləcək. Həyata keçirilən layihələrdən də danışılıb. Müsabiqə qaydaları hazırlanarkən media orqanları ilə görüşlər keçirilib və həmin subyektlərdə yayımlanan xəbərlərin statistikası həyata keçirilib. orqanının əsas üstünlüyü də, əsasən özəl xəbərlərə üstünlük verməsidir.
Sözügedən müsabiqənin keçmiş ənənələrin davamı olması ilə bağlı gəzən iddialara da cavab verildi. Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov əksinə, müsabiqənin yeni formatda keçirildiyini və şərtlərinin də yeni olduğunu bildirdi.
Bu tip müsabiqələrin gələcəkdə bütün media subyektlərini əhatə edəcəyi planlaşdırılır. Medianın İnkişaf Agentliyi dəstək layihəsinin media orqanlarının bütün ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmadığını bildirir. Qalib gələn 39 media orqanına ödənəcək vəsaitin müsabiqənin şərtlərində göstərilən istiqamətlər üzrə xərclənməsinə nəzarət olunacaq. Əgər vəsait təyinatı üzrə xərclənməsə, maliyyələşmə dayandırılacaq. aydalara görə, qalib media orqanlarının hər birində 3 nəfər əməkdaşın əmək haqqının artırılması tələb olunur.
- Baxış: 373