• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 895
— 02.07.2021 19:42

Polis işçilərinin peşə bayramı qeyd edilib

KepezTV Player

Gəncədə polis işçilərinin peşə bayramı qeyd edilib. Gəncə şəhər Baş Polis İdarəsinin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önündə xatirəsini ehtiramla yad ediblər. İdarədə baş tutan tədbirdə tədbirdə vətən uğrunda və cinayətkarlıqla mübarizədə həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.  Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına və təqaüddə olan polis veteranlarına fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr verilib.