• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 29.06.2021 19:52

Azərbaycanda ali təhsil yenidən qurulur

KepezTV Player

Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib. Təhsil naziri Emin Əmrullayev bildirib ki, dünyada sürətli dəyişikliklər baş verir və bunları Azərbaycan ali təhsilinə gətirmək planlaşdırılır. Artıq kvalifikasiyalar çərçivəsində ali təhsilin qurulması nəzərdə tutulub, eyni zamanda, pillələr və səviyyələr anlayışları da saxlanılır. Bəzi məsələlər var ki, onlar Azərbaycan təhsilinin keyfiyyəti, elminin inkişafı baxımından öz həllini tapmalıdır. Bununla yanaşı, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər və onlardan irəli gələn tələblərin yerinə yetirilməsi də önəmlidir. Nazir bildirib ki, qanun layihəsinin böyük bir hissəsi ənənələrə söykənir, bir sıra müddəalar var ki, burada mütəxəssis rəyi, təhqiqatlar böyük önəm daşıyır, həmçinin qəbul prosesi, ixtisas seçimi ilə bağlı şəffaflığın təmin edilməsinə dair məqamlar da əhəmiyyətlidir.