• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 26.06.2021 20:39

Ölüm faktı qeydə alınmayıb

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Ölüm faktı qeydə alınmayıb. İndiyədək ölkədə ümumilikdə 335 796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 026 nəfər müalicə olunaraq sağalıb, 4 967 nəfər vəfat edib, aktiv xəstə sayı 803 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 720, ötən müddət ərzində isə ümumilikdə 3 722 499 test aparılıb.