KepezTV Player
Goranboyda Vətən müharibəsində şəhid olan Əlövsət Məmmədovun xatirəsinə inşa edilən bulağın açılışı baş tutub. Rayonun Muzdurlar kəndində keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, deputat və kənd sakinləri iştirak edib. Silahlı qüvvələr gününə təsadüf edən mərasimdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən bir qrup şəhid ailəsinə orden və medallar təqdim olunub. Tədbirin ardından şəhid mayor Əlövsət Məmmədovun ev muzeyinin da açılışı reallaşıb. Rabitə rəisi olan şəhid Xocavənd uğrunda gedən döyüşlərdə ali zirvəyə yüksəlib.
- Baxış: 447