• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1196
— 25.06.2021 16:02

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub

KepezTV Player

Ölkə başçısı İlham Əliyevin sərəncamına uyğun olaraq, Gəncədə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan gecə baş tutub. "Aşıq Ələsgər dastanlarda" adlı tədbir Gəncə Regional Mədəniyyət İdarəsi, Kəlbəcər rayon Aşıq Şəmşir adına mədəniyyət  evi, Xalq aşıqlar ansamblının üzvləri tərəfindən təşkil edilib. Gecədə ustadın qələmindən çıxan musiqilər səslənib, Aşıq Ələsgər və Anaxanım dastanı, Söyüdlü Səfəri söylənib.