• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1183
— 24.06.2021 13:04

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıb

KepezTV Player

Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib. Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında fərqləndiklərinə görə təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub.“Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilib, Ali Baş Komandanın verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə möv­cud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilib.