• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 23.06.2021 19:16

Qarabağda vuruşan Rusiya vətəndaşının məhkəməsi keçirildi

KepezTV Player

Ermənilərdən ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun, birinci Qarabağ müharibəsində azərbaycanlılara işgəncə verən Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın, eləcə də Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ermənistanın Qarabağda döyüşlərə cəlb etdiyi Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi də yekunlaşıb. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ona hüquqları izah edilib, dövlət hesabına vəkillə təmin edilib. Məhkəmə baxışı iyunun 30-na təyin edilib.

Bu gün eyni zamanda Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən 13 şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri bütün proseslərin video-audio görüntüləri ilə keçirilməsiylə bağlı vəsatət qaldırıb. Vəsatət təmin edilib. Hakimlər kollegiyası təqsirləndirilən şəxslərə hüquqlarını izah edib. Məhkəmənin baxış iclası iyulun 1-nə təyin edilib.

Digər bir məhkəmə iclası Yasamal rayon məhkəməsində 1-ci Qarabağ müharibəsində əsir düşən azərbaycanlılara qarşı işgəncə  və digər cinayət əməlləri törədən erməni yaraqlıları - Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın cinayət işi üzrə keçirilib. Bu dəfə də məhkəmə prosesində zərərçəkənlərin ifadələri dinlənilib.

Qeyd edək ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan Cinayət Məcəlləsinin işgəncə, müharibə qanunlarını və adətlərini pozma, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, Azərbaycan dövlət sərhədini qanunsuz keçmə maddələri ittiham edilərək, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  Növbəti məhkəmə iclası iyunun 30-a təyin edilib.