• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 22.06.2021 20:43

33 gün əsirlikdə olan qazi

KepezTV Player

İndi təqdim edəcəyimiz videomaterial 33 gün əsirlik həyatı yaşayan, Bayram Kərimov barədir. Qələbədən sonra ermənilərin əlinə əsir düşən igidimiz, başına gələnləri televiziyamıza danışıb. Gəlin izləyək.

Bayram Kərimov qazi: Mən ayılanda gördüm ermənilərin əlindəyəm. Başqa dildə danışırdılar. 10 gün onların türmə kimi yerində yatdım. Sağ ayağım işlərimdi. Məndən çoxlu analiz götürürdülər. Sistem qoşmuşdular. Gəlib iynə vururdular, onu belə qolumdan çıxarmamış gedirdilər.

Döyüşə könüllü yollananlardan biri də Bayram Kərimov idi. Onun qardaşı Kərimov Məmmədtağı və bacısının həyat yoldaşı Qəmbərov Ruzi də torpaqlarımızın müdafiəsinə yollanmışdılar. Bayram da evdə dayana bilməyib və könüllü olaraq ordu sıralarına yazılıb və torpaqlarımızın müdafiəsinə qalxıb. Yaralı vəziyyətdə 2 gün neytral bölgədə qalıb daha sonra isə ermənilər tərəfindən əsir götürülüb.

Bayram Kərimov qazi: Onların sanitarkaları var idi. Mənə zülüm verirdi. İsti kofe tökürdü ağzıma. İynə batırırdı. Mənə deyirdi ki, qardaşımı siz öldürübsüz. Mən də dedim sənin qardaşın nə gəzirdi mənim yanımda, məndə onu öldürüm.

Ermənilər bizim əsirlərimizə müxtəlif işgəncələr veriblər. İnsanlığa sığmayan bu vəhşilik, illər keçsə də, onların qanında qalıb. Ballı qaya, Xocalı və digər faciələrdə mənfur düşmənin ata babalarının etdiklərini, bu gün onların törəmələri etdi. Lakin Azərbaycan prezidentinin uğurlu siyasəti və ordumuzun, oğullarımızın gücü nəticəsində biz düşmənin qolunu, qanadını həmişəlik qırdıq. Əzəli torpaqlarımızı, əbədiyyən öz sahiblərinə qaytarıb, Qarabağda 3 rəngli bayrağımızı dalğalandırdıq.

Bayram Kərimov qazi:Azərbaycana gəlişindən danışır.

Bu gün Bayramın anası, həyat yoldaşı, bacısı bir sözlə hər kəs sevinc içindədir. Zülfiyə xanım söhbət əsasında dedi ki,övladının qayıdacağına inanmırdı. "90-cı illərdə o qədər əsirimiz itkin düşübdür" - deyən ana Azərbaycan dövlətinin günü bir daha gördüyünə diqqət çəkib.

Zülfiyyə Kərimova qazinin anası: oğlu əsirlikdə olanda pis günlər keçirib

Sevgi Kərimova qazinin həyat yoldaşı: ad günümdə mənə zəng elədi.

Bayram Kərimov prezident İlham Əliyevin sərəncamları ilə "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "İgidliyə görə" medallarına layiq görülüb. Bayram da daxil olmaqla bütün qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaları diləyi ilə...

Nərgiz Əhmədqızı