• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2187
— 22.06.2021 12:37

8 xəstəxana barədə məlumatlar Baş Prokurorluğa göndərilib

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində yoxlamalar başa çatıb. Cari ilin aprel-iyun aylarında paytaxt Bakı istisna olmaqla ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb. Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış 8 tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib, tibb müəssisələrində aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.