• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 21.06.2021 12:30

Şəhid övladlarının şərəfinə festival təşkil edildi

KepezTV Player

Göygöldə “Qəhrəman övladları” adı altında  İdman Festivalı keçirilib. Yerli Olimpiya İdman kompleksində təşkil edilən festival Gəncə və Göygöldən 67 ailədən olan 118 şəhid övladına həsr olunub. Sosial xarakterli tədbirdə Türkiyəinin Gəncədəki Baş Konsulu, Gəncə və Göygöl rayon icra hakimiyyətinin, eləcə də Göygöl Gənclər və İdman İdarəsi ilə Gəncə Regional Mədəniyyət  İdarsənin rəisləri, həmçinin tanınmış idmançılar iştirak ediblər. Festivalın bədii hissəsində Gəncə Dövlət Dram Teatrının və Gəncə Kukla Teatrının maraqlı səhnələri, Gəncə Dövlət Filarmoniyasının musiqi və rəqs qruplarının çıxışları olub. Eyni zamanda müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar baş tutub. Daha sonra şəhid övladlarının iştirakı ilə fərqli idman oyunları üzrə yarışlar reallaşıb. Qalib komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.