• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2266
— 21.06.2021 12:28

Azərbaycan-Qazaxıstan əlaqələri müzakirə edilib

KepezTV Player

Prezident İlham Əliyev Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdini qəbul edib. Görüşdə iqtisadi əlaqələrə toxunularaq, investisiya layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafının önəmi qeyd olunub. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyi vurğulanıb. Ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsinin və qarşılıqlı ixracın genişləndirilməsinin önəmi qeyd edilib. Ölkələrimiz arasında beynəlxalq əməkdaşlıq sahəsində də sıx əlaqələrin mövcud olduğuna diqqət çəkilib.  ***Prezident İlham Əliyev Pakistanın Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı da qəbul edib.