Xarici işlər naziri Ceyhun Bayramov “Antalya Diplomatiya Forumu” çərçivəsində BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb. Nazir azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, minaların təmizlənməsi, üçtərəfli bəyanatların icrası haqqında qarşı tərəfə ətraflı məlumat verib. Hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Miroslav Yença sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. Sülhün möhkəmləndirilməsi üçün növbəti addımların atılmasının əhəmiyyəti, üçtərəfli bəyanatdan irəli gələn məsələlərinin icrasının vacibliyini vurğulayıb.
Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Ceyhun Bayramov Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ilə də görüşüb.
- Baxış: 474