Gəncədə şagirdlər arasında bilik yarışı keçirilib. Məntiq fəndindən təşkil edilib və yay məktəbi çərçivəsində reallaşan yarış ilk olaraq 26 və 37 nömrəli məktəblərin komandaları arasında olub. Hər komanda 5 və 6-cı siniflərdən 5 şagirdin iştirakı ilə təşkil edilib. Şagirdlər açıq havada, ara məsafəsi gözlənməklə verilən sualları cavablandırıblar. Təqdim olunan 10 sualın cavabı münsiflər heyyəti tərəfindən bal sistemi ilə qiymətləndirilib. Sonda qalib komandanın hər bir üzvünə təşəkkürnamə verilib. Bilik yarışı iyun ayının 30-na kimi digər orta məktəbin şagirdləri arasında da keçiriləcək.
Raminə Məmmədova Təhsil İdarəsinin məsləhətçisi: Yarışın keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, yaya tətili günlərində onların təkmilləşdirilməsi onların digər olimpiada və yarışlara hazırlanmasına şərait yaratmaqdır. Belə yarışlar yay məktəbi bitənə kimi davam edəcək digər məktəblərdə də bu proses davam edəcəkdir.
- Baxış: 671