• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 17.06.2021 20:07

Buraxılış imtahanı keçirilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən Samux rayonunda 9-cu siniflərin yekun atestasiya imtahanı keçirilib. 3 saat ərzində şagirdlər riyaziyyatdan 25, anadilindən 30, xarici dildən 30 sual, eləcə də 12 açıq tipli  dinləmə mətnini cavablandırıblar. Ümumilikdə rayon üzrə imtahan 4 binada keçirilib və 783 şagird iştirak edib. İmtahanlara  11 imtahan  rəhbəri və 81 nəzarətçi cəlb olunub. İmtahanda heç bir neqativ hal baş verməyib və cavablar yaxın günlərdə məlum olunacaq.

Nicat İsayev ümumi imtahan rəhbəri: İmtahan Samux şəhəri 1 nömrəli tam orta məktəbdə də keçirilir. Ümumi təhsil alan şagirdlərin 9-cu siniflərin yekun atestasiya imtahanıdır. 3 imtahan rəhbəri prosesin idarə olunmasına eləcədə 19 zal nəzarətçisi iştirak edir. İmtahan pandemiyya şərtlərinə uyğun keçirilir. Iki nəfər iştirak etmir, 202 nəfər imtahan verir.

Nicat Həsənov  şagird: Samux rayon Çobanabdallı kəndindən gəlmişəm. Suallardan ingilis dili çətin idi.Azərbaycan dili riyaziyyat asan idi.

Ruhin Abdullazadə  şagird: Samux rayon Sərkar kəndindən gəlmişəm. Riyaziyyatı yaxşı yazdım, ingilis dili Azərbaycan dili bir az çətin oldu.