• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 17.06.2021 17:23

Ərazilər müasir üsullarla təmizlənir

KepezTV Player

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə Müdafiə Nazirliyi media tur təşkil edib. Media nümayəndələri Cəbrayıl rayonu ərazisində aparılan minatəmizləmə işi ilə tanış olublar. Türkiyədən gələn və yerli istehkamçıların əraziləri minalardan və partlamamış hərbi susratlardan təmizləməsi prosesini yaxından izləyiblər.

Füzuli rayonu ərazisində minatəmizləmə işləri müasir texnologiyalarla aparılır. Qardaş Türkiyədən alınan "MEMATT" markalı minatəmizləyən texnika daha sürətli təmizləmə işi aparmağa imkan verir. Mediatur çərçivəsində jurnalistlər “MEMATT” la təmizlənən ərazilərlə tanış olublar. Minatəmizləmə əməliyyatları zamanı Türkiyə istehkamçılarının metodu tətbiq edilir.

İstehkamçılar hər 20 dəqiqədən bir növbələşirlər. Bir istehkamçının gördüyü işi digər həmkarı davam etdirir. Türkiyəli istehkamçılar azərbaycanlı həmkarları ilə birlikdə çalışırlar.

Media nümayəndələri həmçinin Cəbrayıl rayonunun Quycaq və Şəybəy kəndləri ərazisindəki mühəndis-istehkam bölmələrinin iş prosesini də izləyiblər.

İşğaldan azad edilən ərazilərdə bu vaxta qədər 7 min hektardan çox ərazi təmizlənərək aidiyyatı üzrə dövlət qurumlarına təhvil verilib.