Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			17.06.2021 12:40		
		Ağdamda itkin düşən şəxsin minaya düşüb öldüyü məlum olub
KepezTV Player
					  
					  					  				İyun 7-də Ağdam rayon sakini 43 yaşlı Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla Cəsarət Hətəmxanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 361
 
