“Göytəpə” sərhəd dəstəsinin Cəlilabadın Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub. “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucusu əmrə tabe olmayaraq silahlı müqavimət göstərərkən sərhəd naryadı tərəfindən silah tətbiq olunub və cinayətkar zərərsizləşdirilib. Ərazidə 2 ədəd çantanın içərisində təxmini çəkisi 42 kiloqram 600 qram narkotik və psixotrop vasitəyə bənzər maddələr və külli miqdarda xarici valyuta - 11500 ABŞ dolları aşkarlanıb. Həmin şəxsin İran vətəndaşı Behnam İlhami olması müəyyən edilib, üzərindən sərhəd naryadına qarşı tətbiq etdiyi PM markalı tapança götürülüb.
- Baxış: 934