• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 16.06.2021 16:03

Türk azarkeşlər Bakıda Ərdoğanla görüşdülər

KepezTV Player

Türkiyə və Uels yığmaları arasında AVRO-2020 A qrupunun II tur matçını izləmək üçün Bakıya gələn türk azarkeşlər Azərbaycan paytaxtında olan ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək nümayiş etdiriblər. Bir qrup tərəfdar prezidentin qaldığı otelin qarşısına toplaşaraq böyük bayraq açıb və "Türkiyə", "Türkiyə" şüarları səsləndirib. Öz növbəsində Ərdoğan əvvəlcə otelin eyvanından fanatları salamlayıb. O, oteldən ayrılarkən isə azarkeşlərin yanına gedərək onlarla söhbət edib. Bundan başqa şəhər gəzintisi zamanı azarkeşlər Ərdoğana yaxınlaşaraq, müxtəlif şüarlar səsləndiriblər. Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə - Uels matçını Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tribunadan izləyəcəklər.