KepezTV Player
Bakı Ağır Cinayətlər Məhkəməsində isə Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 nəfərlik erməni silahlı dəstələrinin üzvlərinin işi üzrə məhkəmə prosesi başlayıb. Dəstə üzvləri üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədiblər. Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və təqsirləndirilən digərləri Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunurlar.
- Baxış: 267