KepezTV Player
Bu gün Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər başlarına gətirilən işgəncələrdən danışıblar. "Onlar Azərbaycan dilində də danışırdılar, bizə öz dilimizdə söyüşlər söyürdülər. Skeletləri çıxarıb güllələdirdilər, qızıl dişlərini çıxarırdılar. Bizə orda torpaq yedirtdilər" deyə zərərçəkənlər bildiriblər. Cinayət işi üzrə növbəti məhkəmə prosesi iyunun 23-nə təyin edilib.
- Baxış: 300