• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 15.06.2021 20:43

Mini futbol yarışı başlayıb

KepezTV Player

Gəncədə 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə və dövlət qulluqçularının peşə bayramına həsr edilən mini futbol üzrə yarış start görürüb. Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan birinciliyin açılış mərasimində çıxış edənlər ölkəmizin 2-ci Qarabağ müharibəsindəki qələbəsində canından keçən igidlərimizin əvəzsiz rolu olduğunu diqqətə çatdırıblar. Bununla yanaşı ordumuzun qalib gəlməklə şəhidlərimizin ruhunu şad etdiyi vurğulanıb. Rəsmi hissədən sonra qarşılaşmalara start verilib. Yarışda Nizami yurdunda fəaliyyət göstərən 8 idarə və müəssisənin əməkdaşları güclünü ayırd edəcək. Olimpiya sistemi ilə keçirilən birinciliyinin sonunda ilk 3 yerin sahibi ilə yanaşı, müxtəlif nominasiyalar üzrə qaliblər də mükafatlandırılacaq.