• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2067
— 15.06.2021 20:44

Ölkəmiz beynəlxalq müsabiqədə Qran-pri mükafatınına layiq görülüb

KepezTV Player

Qazaxıstanın Astana şəhərində onlayn Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib. Müxtəlif ölkələrin musiqiçilərinin iştirak etdikləri müsabiqədə Azərbaycanın “Şur” instrumental ansamblı ən yüksək nailiyyəti qazanaraq Qran-pri mükafatını qazanıb.

Beynəlxalq müsabiqədə ölkəmizi Samux rayon Sərkar kənd Uşaq Musiqi məktəbinin “Şur” instrumental ansamblı təmsil edib. 8 nəfərlik heyətin müsabiqəyə hazırlığı təxminən 2 həftə çəkib.

Xəyal Qəhrəmanov “Şur” instrumental ansamblının bədii rəhbəri:11 ildir biz gəncə musiqi kolleci və Sərkar uşaq musiqi məkyəbini nəznində fəaliyyət göstəririk. Bu 11 il ərzində ansamblımız çox nailiyyətlər əldə edib, dövlət tədbirlərində iştirak edib, uğurlar əldə edib. Bu da uğurlarımızdan biridir ki, ansamblımız ən yüksək mükafatı Qran-pri mükafatınına layiq görülüb və bu münasibətlə mən bütün musiqiçilərimi, ansamblın üzvlərini təbrik edirəm. Bu müsabiqəyə biz Həsən Rzayevin  "Çahargah" rapsodiyası əsərni ifa etmişik, videoformatda göndərmişik və müəyyən vaxtdan sonra bu nəticəni əldə etmişik.

Ansamblın adı isə təsadüfi seçilməyib. Xəmiri musiqidən yoğrulan bir xalq kimi ruhumuzu musiqisiz təsəvvür edə bilmirik. Dahilərdən biri deyib ki, əgər mənə uçmağı öyrədə bilmirsənsə, mahnı oxumağı öyrət. Demək ki, ruha qida verən bu sehr, insanı sonsuz ənginliklərədək uçura bilir. Xalq musiqilərə sırasında xüsusi yeri olan "Şur" da hər bir azərbaycanlının musiqi damarının şah əsəridir.  Bu muğamın adı ilə ölkəmizdə o cümlədən xaricdə çıxış etmək  isə qürurdan başqa bir şey ola bilməz.

Murad Abdullazadə “Şur” instrumental ansamblının üzvü:11 ildir Şur ansamblındayam. Demək olar ki, bir yerdə qurmuşuq ansamblı. Çox əziyyətimiz olub. Bu müsabiqəyə qatılanda da əlbətdəki özümüzə güvənirdik ki, ən yüksək nəticəni əldə edəcəyik. Çünki bizim ansambl şəhərdə ad çıxarmış ansambldı. Biz də istəyirik cavan kadrlarla, gənclərlə davam etdirək bu işimizi. Sevinirik ki, Qran-pri almışıq. İnşallah daha da böyük uğurlar əldə edəcəyik.

İndiyədək müxtəlif tədbirlərdə çıxış edən, ölkə daxilində çoxsaylı konsert proqramları təşkil edən “Şur” ansamblı üçün bu müsabiqə ilk beynəlxalq təcrübə və uğur olub.

Aişə Rzayeva